Kuala-Lumpur, 26 sentyabr, AZƏRTAC
Malayziyanın şimal-şərqində yerləşən kənddəki anqara ildırım düşməsi 15 yaşlı yeniyetmənin həlak olmasına və üç nəfər qohumunun xəsarət almasına səbəb olub. Bu barədə yerli polis idarəsi məlumat yayıb.
Hadisə Trenqqanu ştatında, yeniyetmələr çayda ilanbalığı üçün tor qurarkən baş verib. Gözlənilmədən gələn qasırğadan qorunmaq üçün onlar anqara giriblər və bu zaman ildırım düşüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur