[ 28 Sentyabr 2015 14:33 ]


Bakı. Cavid Zeynallı – APA. Elçin Musaoğlunun “Nabat” bədii filmi XI Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” və “Ən yaxşı aktrisa” (Fatemeh Motamed Arya) mükafatlarına layiq görülüb.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Almatıda keçirilən festivala qatılan rejissor Elçin Musaoğlu təltifetmə mərasimində iştirak edib.

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.