Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin hesabat-seçki konfransı keçirilib

17:33 29 Sentyabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin hesabat-seçki konfransı keçirilib.
Konfransda sədr və katibin seçilməsindən sonra hesabatla çıxış edən qurumun Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb və hesabat ətrafında çıxışlar olub.
Ağsaqqallar rayon şurasının fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildiriblər. Qeyd olunub ki, bu məqsədlə gənclər və yeniyetmələrdə Vətənə məhəbbət hissinin aşılanması üçün vaxtaşırı ümumtəhsil məktəblərində, kolleclərdə və digər yerlərdə görüşlər keçirilir, ağsaqqalların örnək ola biləcək həyat yolu haqqında söhbətlər aparılır.
Sonra yeni idarə heyətinin tərkibi və sədr seçkisi keçirilib. Mayıl Əliyev yenidən Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin sədri seçilib.
Çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin dünyada nüfuzunun artdığını bildirib. O, hazırda ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətinin layiqincə davam etdirildiyini vurğulayıb. Bildirilib ki, Ulu Öndərin açdığı yol bu gün gənclərin həyat amalına çevrilib. F.Heydərov Azərbaycan xalqının “ağsaqqal” sözünü daim uca tutduğunu deyib.
O vurğulayıb ki, bu gün ağsaqqallar milli mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda, gənc nəslin mənəvi və fiziki sağlamlığına diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərir, müxtəlif layihələr reallaşdırır, görüşlər keçirirlər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək ağsaqqal institutunun min illərin sınağından uğurla çıxdığını və xalqın ən çətin anlarında uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara ən doğru yolu göstəriblər: “Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artıb. Məhz Ümummilli Liderin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təmin edilib. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə ağsaqqalların cəmiyyətimizin gündəlik həyatında, ictimai-siyasi proseslərdə, həmçinin gənc nəslin vətənpərvər yetişməsində rolunu daha da genişləndirib”.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Nizami rayonunda ağsaqqallarla gənclər arasında möhkəm bağlılıq mövcuddur. Mütəmadi olaraq Nizami Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Nizami Rayon Ağsaqqallar Şurasının və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilib. Eyni zamanda, rayonun ictimai-siyasi və sosial həyatında da ağsaqqalların böyük rolu var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agsaqqallar_Surasi_Nizami_rayon_sobesinin_hesabat_sechki_konfransi_kechirilib-888221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR