Daha bir təyyarə yoxa çıxdı

Daha bir təyyarə yoxa çıxdı
09:16 28 Dekabr 2014
141 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Malayziyaya məxsus daha bir təyyarə yoxa çıxıb.

ANS PRESS-in məlumatına görə, Malayziyaya məxsus içərisində 162 nəfərə yaxın insan olan “Air Asia” şirkətinin təyyarəsi bu gün İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən radarlardan itib.

Dispetçer məntəqəsindən pilotlarla əlaqə yaradılmağa çalışsa da cəhdlər baş tutmayıb. Paytaxt Cakartanın dispetçer məntəqəsi yerli vaxtla 6:17-də “QZ 8501” reysiylə əlaqəni itirdiyi barədə xəbər yayıb.

İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsilmədən əvvəl başqa marşrut tələb edib.

Reyter agentliyi isə yaydığı xəbərdə bildirir ki, təyyarədə 155 sərnişin olub, onlardan 149-u indoneziyalı, üçü koreyalı, biri britaniyalı və biri malaziyalıdır.

Xatırladaq ki, bu il mart ayının 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub. Fəqət uçuşun 2-ci saatında təyyarə radarlardan itib. Yoxa çıxmış təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü vardı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR