Çörək axtaran ermənilər

Çörək axtaran ermənilər
12:51 29 Dekabr 2014
80 Dünya
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün var qüvvəmizlə çalışmalıyıq. Ermənistanın Azərbaycana təcavüzü müxtəlif səviyyələrdə səsləndirilir və bu təcavüzkar siyasətin acı nəticələri məlumdur.

ANS PRESS xəbər verir ki, bunu siyasi şərhçi, professor Yasin Qaraməmmədli bildirib.

O deyib ki, torpaqların dinc vasitələrlə azad olunmasında, sabitliyin təminatında ermənilərə ümid bəsləmək olmaz. Çünki belə olsaydı, 1997-ci ilin sentyabrında o vaxtkı prezident Levon-Ter Petrosyanın bəyanatına elə həmsədr ölkələr - Rusiya, ABŞ və Fransa dəstək verərdilər. Dağlıq Qarabağı Azərbaycana qaytarmaqla bütün məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münasibətləri elə həmin ildə birdəfəlik həllini tapardı. L.T.Petrosyanın dediyi kimi, Türkiyədən və Azərbaycandan 80 faiz asılı vəziyyətdə olan Ermənistanın qapıları açılar və bir tikə çörək qazanmaq imkanı qazanardı.

Onun sözlərinə görə, indi onlar qapıları başqa yerə açmaq istəyirlər, çörəyi başqa yerdə axtarırlar. Düşünürlər ki, nəsə tapacaqlar. Amma bu barədə danışmaq hələ çox tezdur. Ermənistan 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqına (Aİİ) rəsmi üzvlük status qazanır və güman edir ki, Belarusun, indi böhran dövrünü yaşayan, çökməkdə olan Rusiyanın, eləcə də az-çox inkişaf edən Qazaxıstanın sərvətləri Ermənistana axıb gələcək. Lakin başqa proseslərin baş verməsi qaçılmazdır.

O deyib: "Bilirsiniz ki, hər bir iqtisadi birliyin, istər Avropa İqtisadi İttifaqının, istərsə də Avrasiya İqtisadi İttifaqının, - indi bura Qırğızıstan da qoşulmaq istəyir, - əsas şərtlərindən biri sərhəd maneələrinin aradan qaldırılması, kapital və işçi qüvvəsi axınının qarşısının alınmasıdır. Ermənilərin ac-yalavac qalmasına elə bu lazımdır ki, Rusiyaya, Qazaxıstana çıxıb getsinlər. Sonra da desinlər ki, Aİİ-nin bizə verdiyi imkandır. Əgər rəsmi İrəvan Serj Serkisyan başda olmaqla buna indiki kimi indiki rejim buna mane olarsa, zorla da olsa ermənilər ölkədən qaçıb gedəcəklər. Ölkədə ancaq imkansızlar, ac-yalavaclar qalacaq və bu da yeni ildə yeni etiraz dalğası deməkdir. Ermənilərin Aİİ-yə ümidi bununla bağlıdır ki, onlar müftə qazanc dalınca gedəcəklər. Amma müftə qazanc dalınca gedənlərin taleyinin necə olduğunu isə hamı bilir."

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR