“Qatar Airways” Bakıdan Tbilisi, Sinqapur, Seul, Pert, Maldiv, Çennay, Kuala Lumpur, Cakarta, Hanoy, Dubay, Denpasar, Dehli, Kolombo, Quancou və Bankoka səyahət edəcək müştərilərinə 40%-ə qədər endirim tətbiq edəcək.
Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways”in satış ofislərindən, www.qatarairways.com veb-saytından, habelə turizm agentliklərindən əldə edə bilərlər.
Bu kampaniya noyabrın 6-na qədər davam edəcək və yalnız yuxarıda göstərilən istiqamətlər üzrə Bakıdan səyahət edən müştərilərə şamil ediləcək.