Malayziyanın "AirAsia" şirkətinin pilotları kütləvi şəkildə qripə yoluxub

Malayziyanın "AirAsia" şirkətinin pilotları kütləvi şəkildə qripə yoluxub
00:27 3 Dekabr 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Malayziyanın "AirAsia" şirkətinin pilotlarının kütləvi şəkildə qripə yoluxmasından sonra onlarla uçuş ləğv edilib, çoxu təxirə salınıb, yüzlərlə sərnişin Kuala Lumpur hava limanında çarəsiz gözləməli olub.
"Report" TASS-a istinadən xəbər verir ki, Asiyanın ən böyük büdcəli daşıyıcısının rəhbəri Toni Fernandes çərşənbə axşamı "AirAsia"nın azı 12 uçuş üzvünə qrip diaqnozu qoyulduğunu bildirib.
Sərnişinlərin çoxu gecəni hava limanında keçirmək məcburiyyətində qalıb, uçuşların vaxtı hər dəfə dəyişib, bəzi reyslər isə ümumiyyətlə ləğv edilib. Şahidlərin sözlərinə görə, bu gün səhərdən vəziyyət tədricən normallaşır. Amma yenə də bəzi reyslər hələ də gecikmə ilə baş tutr.
Şirkətdən verilən məlumata görə, əsasən Malayziya daxilindəki uçuşlarda problem yaranıb. Hərçənd Banqkoka olan bir neçə reys də ləğv edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/malayziyanin-airasia-sirketinin-pilotlari

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR