"Real" "Malmö"nü darmadağın etdi, rekorda ortaq oldu (Video icmal)

Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turuna start verilib.

"Real" "Malmö"nü qəbul edib. Oyun gözlənildiyi kimi, Madrid klubunun üstünlüyü şəraitində keçib. Nəticədə "Real" rəqibini 8:0 hesabı ilə darmadağın edib. Kriştiano Ronaldo poker edib, Kərim Benzema isə het-triklə yadda qalıb. Qeyd edək ki, kral klubu bu nəticə sayəsində Çempionlar Liqasının ən böyük hesablı qələbə rekorduna ("Liverpul" - "Beşiktaş" - 8:0) ortaq olub.

"Real" (Madrid) - "Malmö" - 8:0

Qollar: Benzema, 12; 24; 74, Ronaldo, 39; 47; 50; 59, Kovaçiç, 70

"Real" - "Malmö" oyununun video icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR