Madriddə "top atəşi", "Mançester" vidalaşdı

Madriddə "top atəşi", "Mançester" vidalaşdı
01:43 9 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Bəxtiyar Hacıyev - Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilir.

Trend-in məlumatına görə, A qrupunda Madrid "Real"ı öz meydanında İsveçin "Malmö" klubunu 8 cavabsız qolla məğlub edərək 1/8 finala qrup birincisi kimi yüksəlib. PSJ isə "Şaxtyor"a 2:0 hesabı ilə qalib gələrək ikinci olub.

Ukrayna təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.

Əsas diqqət B qrupuna yönəlib. "Volfsburq" doğma meydanda "Mançester Yunayted"i qəbul edib. Hesabı "qırmızı şeytanlar" açsa da, almanlar Şafer və Vierinyanın qolları ilə önə keçib. Bundan sonra komandalar hərəyə bir dəfə də fərqləniblər - 3:2.

PSV isə Moskva ÇSKA-sına qalib gəlib - 2:1. Beləliklə, "Volfsburq" tarixində ilk dəfə olaraq ÇL-in 1/8 finalına yüksəlib. PSV qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb. "Mançester"i isə Avropa Liqası gözləyir.

C qrupunda "Benfika" doğma meydanda Madrid "Atletiko"su ilə bacara bilməyib - 1:2. "Qalatasaray" isə "Astana" ilə bərabərə qalaraq (1:1) yoluna Avropa Liqasında davam edəcək.

D qrupunda "Yuventus" "Sevilya"nın qonağı olub. Minimal hesabla məğlub olan italyanlar qrupda ikinci yeri tutublar. İspanlar isə üçüncüdür. "Borussiya" (Mönhenqladbax) səfərdə qrup lideri "Mançester Siti"yə məğlub olub - 4:2.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2467096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR