Çempionlar Liqası: Kimin hara gedəcəyi bəlli oldu

Çempionlar Liqası: Kimin hara gedəcəyi bəlli oldu
07:05 9 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunun görüşlərinə start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

A qrupunda liderliyi təmin edən Madrid "Real"ı öz meydanında "Malmö"nü meydana çıxmağına peşman edib. İsveçlilər qapılarında 8 qol görüblər. Növbəti mərhələyə vəsiqənin digər sahibi PSJ isə "Şaxtyor"u məğlub edib. Bu qrupda ən maraq doğuran məsələ hansı komandanın Avropa Liqasına yollanacağ idi. Ukraynalılar və isveçlilər eyni xala malik olsalar da, əlavə əmsallara görə, Luçeskunun yetirmələri çıxışlarını ikinci dərəcəli turnirdə davam etdirəcəklər.

B qrupunda hər iki matç böyük maraq kəsb edirdi. "Volfsburq", "Mançester Yunayted" və PSV növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını son ana qədər saxlayırdılar. Hollandiya təmsilçisi öz meydanında Moskva MOİK-inə qalib gələrək digər oyunda "Volfsburq"un da qələbəsindən istifadə edib və növbəti mərhələyə adlayıb. "Mançester Yunayted" isə almanlara yenilərək Avroliqada çıxış etməyə haqq qazanıb.

Bu tura qədər C qrupunda növbəti mərhələyə adlayan komandalar artıq bəlli idi. "Benfika" ilə "Atletiko"nun görüşü qrup birincisinin kimliyinə aydınlıq gətirib. İspanlar səfər qələbəsi sayəsində mərhələni lider kimi keçib. Qrupun digər matçında isə "Qalatasaray" "Astana"nı qəbul edib. Türkiyəlilər heç-heçə edərək mübarizəni Avropa Liqasında davam etdirmək şansı qazanıblar.

D qrupunda da 1/8 finala adlayan hər iki komandanın adı məlum olsa da, "Sevilya"nın qonağı olan "Yuventus" məğlub olaraq liderlik şansını əldən buraxıb. "Mançester Siti" isə öz meydanında Münhenqladbax "Borussiya"sına qalib gəlib. Bu qələbə "şəhərlilər"ə liderlik üçün bəs edib.

UEFA Çempionlar Liqası, qrup mərhələsi

VI tur

8 dekabr

A qrupu

PSJ (Fransa) - "Şaxtyor" (Ukrayna) - 2:0
Qollar: 
Lukas, 57, İbrahimoviç, 86

"Real" (Madrid, İspaniya) - "Malmö" (İsveç) - 8:0

Qollar: Benzema, 12, 24, 74, Ronaldo, 39, 47, 50, 59, Kovaçiç, 70

1.

Real Madrid

6

5

1

0

19:3

16

2.

PSJ

6

4

1

1

12:1

13

3.

Şaxtyor

6

1

0

5

7:14

3

4.

Malmö

6

1

0

5

1:21

3

B qrupu

"Volfsburq" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2

Qollar: Naldo, 14, 84, Vierinyo, 29 - Martial, 10, Gilavogi, 82 (öz qapısına)

PSV (Hollandiya) - MOİK (Moskva, Rusiya) - 2:1

Qollar: De Yonq, 78, Propper, 85 - Caqoyev, 76 (pen.)

1.

Volfsburg

6

4

0

2

9:6

12

2.

PSV

6

3

1

2

8:7

10

3.

Mançester Yunayted

6

2

2

2

7:7

8

4.

MOİK

6

1

1

4

5:9

4

C qrupu

"Benfika" (Portuqaliya) - "Atletiko" (İspaniya) - 1:2

Qollar: Mitroğlu, 75 - Nigez, 33 Vietto, 55

"Qalatasaray" (Türkiyə) - "Astana" (Qazaxıstan) - 1:1

Qollar: Selcuq, 65 - Tvumasi, 63

1.

Atletiko

6

4

1

1

11:3

13

2.

Benfika

6

3

1

2

10:8

10

3.

Qalatasaray

6

1

2

3

6:10

5

4.

Astana

6

0

4

2

5:11

4

D qrupu

"Mançester Siti" (İngiltərə) - "Borussiya" (Münhenqladbax, Almaniya) - 4:2

Qollar: Silva, 16, Sterlinq, 80, 81, Boni, 85 - Korb, 19, Rafael, 43

"Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:0

Qol: Llorente, 65

1.

Mançester Siti

6

4

0

2

12:8

12

2.

Yuventus

6

3

2

1

6:3

11

3.

Sevilya

6

2

0

4

8:11

6

4.

Borussiya M

6

1

2

3

8:12

5

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR