Ronaldu yeni rekord vurdu

Ronaldu yeni rekord vurdu
07:12 9 Dekabr 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya klubu "Real Madrid"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu "Çempionlar Liqası"ın qrup mərhələsində 11 qol vuraraq, turnir tarixində vurulan qolların sayı üzrə yeni rekorda imza atıb.

Trend RİA Novosti agentliyinə istinadən məlumat verir ki, "Real" qrup mərhələsinin sonuncu oyunu çərçivəsində Madriddə İsveç təmsilçisi "Malmö"nü qəbul edib. Oyun 8:0 hesabı ilə madridlilərin xeyirinə başa çatıb. Cavabsız 8 qoldan dördünü Ronaldu vurub, bununla da turnirin qrup mərhələsində hesabında olan qolların sayını 11-ə çattırıb.

Qeyd edək ki, öncəki rekord (9 qol) Ronalduya (2013/14 mövsümü) və o zaman "Şaxter"un heyətində çıxış edən Luis Adrianoya (2014/15 mövsümü) məxsus idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/388768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR