Kriştiano Ronaldo: "Rekordları axtarmıram, onlar məni tapır"

Xəbər verdiyimiz kimi, Kriştiano Ronaldo "Malmö" ilə görüşdə pokerlə yadda qalmışdı. O, bununla da cari mövsümdə Çempionlar Liqasında vurduğu qolların sayını 11-ə çatdıraraq sözügedən mərhələnin yeni rekordunu müəyyənləşdirmişdi.

Ulduz futbolçu matçdan sonra rekordu belə şərh edib:

"Rekordları axtarmıram, onlar məni tapır.

"Qızıl top"? Yəqin ki, onu qazanmayacağam. Startdakı problemlərə baxmayaraq, bu mövsümdəki çıxışımdan razıyam.

İndi öz gücümə daha çox əminəm. Komanda mənə çox kömək edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR