Musiqiyə, ənənələrə vurğun müğənni Afət Fərmanqızı ilə söhbət (FOTO)

Musiqiyə, ənənələrə vurğun müğənni Afət Fərmanqızı ilə söhbət (FOTO)
12:30 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tarixi, varlığı qədim ənənələrə söykənən xalqımız bu qiymətli sərvətini nəsildən nəsilə şərəflə ötürür. Və belə bir qiymətli missiya sənət xadimlərimizin də üstünə düşür. Sevilən müğənni Afət Fərmanqızı ilə də bu mövzuda söhbət etdik, maraqlı fikirlərini öyrəndik: “Azərbaycan xalqının toy ənənələri qədim tarixə malikdir. Hələ dahi Üzeyir Hacıbəyli Azərbaycan xalqının toy mədəniyyətini yüksək dəyərləndirirdi. Təsadüfi deyil ki, “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi ölməz əsərlərində bu ənələri gözəl şəkildə əbədiləşdirib”.

Müğənninin fikrincə, bu gün də toy adət-ənənələrimiz qədim gözəlliyini və özəlliyini qorumalı, köklərindən qopmamalıdır: “Xalq müsiqilərimiz, milli alətlərimiz, rəqslərimiz - bunlar bu gün də toylarımızın şah elementləridir və bu məni sevindirir”.

Toylarda ifa edən müğənnilərin böyük təcrübə, peşəkarlıq və səsə malik olmasının da vacibliyini vurğulayan müğənni toyların ifaçılarımız üçün bir sənət məktəbi olduğunu bildirib: “Toyda canlı musiqi olmalıdır. Bir neçə saat canlı ifa etmək, bütün qonaqların zövqünü oxşamaq, hamının şən əhval-ruhiyyəsinə bir az da pay qatmaq bacarıq, peşəkarlıq, yüksək səs imkanları tələb edir. Bunu bacarmaq lazımdır”.

Uşaq yaşlarından xalq musiqisinin vurğunu olan Afət Fərmanqızı musiqi məktəbinin fortepiano sinfini bitirb. Deyir ki, musiqi istedadı anası Müşgünaz Əsədovadan ona keçib. Anası Azərbaycan Dövlət Teleradio nəzdində “Şəlalə” xalq yaradıcılıq studiyasının solisti olub. Atası Fərman Həsənov isə Tovuzda tanınmış kimya müəllimi, maarif işçisi olub. Afət elə ona görə də Gəncə Dövlət Universitetinin kimya fakültəsini bitirib. Amma yenə də musiqiyə məhəbbət onu musiqə aləminə gətirib. Müğənninin zəngin repertuarında xalq mahnıları ilə yanaşı, Eldar Mansurov, Əlibaba Məmmədov, Tofiq Quliyev, Rauf Hacıyev kimi gözəl bəstəkarların mahnıları var.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2467831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR