Ağsaqqallar Şurası Fəxri xiyabanı ziyarət edib

Ağsaqqallar Şurası Fəxri xiyabanı ziyarət edib
13:09 11 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

 Azərbaycan Ağsaqqallar Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar bu gün Fəxri xiyabanı ziyarət edib.

APA-nın məlumatına görə, Ağsaqallar Şurasının sədri, deputat Fəttah Heydərovun başçılığı ilə Şura üzvləri Heydər Əliyevin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər. 

 

Görkəmli oftalmoloq Zərifə Əliyevanın  da məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.

 

F. Heydərov jurnalistlərə açıqlamasında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Azərbaycanın dövlət quruculuğunun əsasının ümummilli lider tərəfindən qoyulduğunu vurğulayıb, ona rəhmət diləyib. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR