Övladı dənizdə boğulan məşhur klarnet ifaçısı – “Klarnetin Atası”

Övladı dənizdə boğulan məşhur klarnet ifaçısı – “Klarnetin Atası”
14:54 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

“Onun haqqında böyüklərimdən - atamdan, əmimdən, dayımdan çox eşitmişəm. Hər dəfə el şənliklərini aparan musiqiçilərdən söhbət düşəndə böyük həvəslə adını çəkir, əvəzolunmaz ifası ilə könüllərə yol tapdığını deyirdilər. Onun lirik və şən ifaları dinləyicilərinin yaddaşında silinməz izlər buraxmışdı. Söhbət Azərbaycanın peşəkar klarnet ifaçılarından olan Ata Atakişiyevdən gedir.

 

 

İnternetdə «gəzişərkən» təsadüfən qarşıma Atanın 1990-cı ildə el şənliklərinin birində olan ifası çıxdı. Ecazkar ifa məni ovsunlamışdı, o. başqalarından çox seçilirdi. Bu sehr məni Ata Atakişiyevin musiqili dünyasına apardı və beləcə, böyük sənətkarın yaradıcılıq izinə düşdüm.

 

1954-cü ilin dekabrın 14-də Bakının “Sovetski” kimi tanınan məhəlləsində Cahangir kişinin ailəsində bir oğlan uşağı dünyaya göz açır. Cahangir kişi uşağa öz atasının adını qoyur – Baba. Atasının adını qoyduğu üçün balaca Babanı “Ata” deyə çağırmağa başlayırlar. Və beləcə kiçikdən tutmuş böyüyə qədər hamı onu Ata kimi tanıyır.

 

Kiçik yaşlarından musiqiyə olan həvəsi Atanın yolunu 12 nömrəli musiqi məktəbindən salır, 1963-68-ci illər ərzində klarnet sahəsində musiqi təhsili alır. Eyni zamanda böyük sənətkar Həsən Məhərrəmovdan fərdi qaydada klarnet ifaçılığının incəliklərini, xüsusilə də Azərbaycan muğamlarını öyrənir. Bəlkə də Həsən müəllimdən fərdi dərs alan çox olub, amma onların arasında iki nəfərin adı xüsusilə çəkilir - Əşrəf Əşrəfzadə və Ata Atakişiyev. Hər iki klarnet ifaçısının öz dəsti-xətti olub, hər ikisi həyatla erkən vidalaşıb - tez parlayıb vaxtsız sönüblər.

 

Ata çox keçmədən məşhur klarnet ifaçısına çevrilir. O, artıq 60-cı illərin sonu 70-ci illərin əvvəllərində el şənliklərinə dəvət alır, dövlət tədbirlərində iştirak edirdi. Məşhurluq ona “Klarnetin Atası” adını qazandırmışdı.

 

Müasirlərinin sözlərinə görə, Ata artıq 20 yaşında sənətin zirvəsini fəth edə bilmişdi. Daha çox paytaxtda və Abşeron ərazisində populyarlıq qazanmış Ata Atakişiyev, deyilənlərə görə, ayın 30 günü toy sifarişi alarmış. Hətta, toy sahibləri öz dəvətnamələrinin üzərinə “Klarnet ustası Atanın iştirakı ilə” qeydini yazdırardı.

 

Ata artıq sənətin "atası", klarneti isə onun “övladı” idi. O, “övladını” hər dəfə dilləndirdikcə, ona nəfəs verə-verə dil açmağı öyrədirdi. Ali musiqi təhsili olmasa da, Allahın ona bəxş etdiyi istedadın nəticəsi olaraq hər zaman dinləyicilərinə əsl sənət, əsl musiqi zövqü yaşada bilirdi.

 

Sənətinin zirvəsini fəth etdiyi bir dövrdə - 1975-ci ildə ailə həyatı quran Atanın toyunda dövrün populyar musiqiçilərinin demək olar ki, hamısı iştirak edirdi. 1978-ci ildən başlayaraq efirə çıxır və bununla da məşhurluğun pik nöqtəsinə çatır.

 

Amma Atanın uğurlarına qısqanclıqla yanaşanlar da tapılır və bu, onun həyatının sonrakı mərhələlərində müəyyən çətinliklər yaradır.  Bir müddət cəmiyyətdən və sənətindən uzaq düşməli olur... Həyatın onun üçün hazırladığı "sürprizlər" bununla bitmirdi, dəniz onun böyük oğlunu əlindən alır. İlkin çimərlikdə boğulur. Övlad itkisi Atanı dərindən sarsıdır, dünyasını alt-üst edir.

 

Oğlu Cahangirin sözlərinə görə, qardaşının ölümündən sonra atasının əlinə klarnet götürməsinin şahidi olmayıb: “Bir gün dərsdən evə gəlirdim. Atam evdə tək idi. Qapıya yaxınlaşanda klarnetin səsini eşitdim. Qapını da gec açdığına görə, elə hiss elədim ki, klarneti astadan ifa edirmiş”. Bu kövrək səs bir atanın həyatdan vaxtsız köçmüş övladına musiqili epitafiyası, klarnetin “atası”nın musiqi dünyası ilə son vida notları olur. Ata Atakişiyev oğlu İlkinin ölümündən bir il sonra - 1997-ci il sentyabr ayının 29-da, 43 yaşında dünyasını dəyişir.  

 

Ata haqqında xatirələrini bölüşən klarnet ifaçısı Hacı Həmidoğlu deyir ki,  "uşaqlıq və gənclik illərimiz onunla bir yerdə keçmişdi. Onun toyu bir kino lenti kimi gözümün önündən gəlib keçir. Konsert salonunu xatırladırdı - Əlibaba Məmmədov, Raci Şükürov, Məmmədbağır Bağırzadə, Rəmiş, Aftandil İsrafilov, Firuz Eyvazov ifa edirdi”.

 

- Övlad itkisi böyük sənətkara çox pis təsir etmişdi. Sonuncu dəfə 1996-cı ildə İlkin dünyasını dəyişməmişdən AzTV-yə getdik. Ata bir neçə oyun havası və bəstəkar mahnıları ifadə etdi. Hazırda həmin ifalar “Qızıl fond”da saxlanılır.

 

Atanın el şənliklərinə getmək üçün yaratmış olduğu ansamblının üzvü, nağara ifaçısı Sahib Bünyadzadə də xatirələrini bizimlə bölüşür. Ata ilə qonşu olublar. Deyir bir gün Ataya toyda “komplekt” (musiqi çələngi)  sifariş verilir. Onun ifa etdiyi komplektlər adətən 40-45 dəqiqə çəkərdi: “Həmin toyda müəllimim, mərhum nağara ifaçısı Çingiz Mehdiyev də iştirak edirdi. Ata mənə baxıb dedi ki, komplekt çalmağı bacarırsansa, bəlkə müəllimini sən əvəz edəsən? Etiraz eləməyib ustadımdan izin alıb başladıq. Çox yaxşı alındı. Toy iştirakçıları da çox bəyəndi. Həmin çalğıdan sonra artıq Ata ilə məclislərdə iştirak etməyim və dostluğum başladı. Dəfələrlə Rusiya Federasiyasının müxtəlif şəhərlərinə səfərlər etdik. Atanın toy sifarişlərinin ardı-arası kəsilmirdi. Hətta elə vaxtlar olurdu ki, bu ildən gələn ilə də toy sifarişlərimiz olurdu. Atanı öz toyunda görmək istəyənlər toy gününü onun boş vaxtı ilə təyin edirdilər”.

 

Tanınmış müğənni Cavanşir Məmmədovun da Ata ilə tanışlığı 70-ci illərin əvvəllərindən başlayıb. “Mən qarmon ifaçısı olduğum dövrdə Atanın ansamblında el şənliklərinə gedirdim. Adam var ki, ana bətnindən ağsaqqal kimi doğulur, adam da var ki, yaşlandıqdan sonra saqqalı ağarır deyə, onu ağsaqqal kimi tanıyırlar. Ata isə ağsaqqal kimi dünyaya göz açmışdı”, - deyir  Cavanşir Məmmədov.   

 

- Atanın bütün ifaları anşlaqa səbəb olurdu. Biləndə ki, Yasamalda toyların birində Ata olacaq, toya dəvət almayanlar da nəmərini yazdırıb, yeyib-içdikdən sonra əyləşib Atanın ifasına qulaq asırdı. Toyda oxuyandan çox Atanın ifasını dinləyirdilər. O, klarneti dilləndirən kimi pulu yağış kimi başına səpirdilər. O, mənim üçün çox böyük arxa, dayaq idi. Çox etibarlı dost olub.

 

Cavanşir Məmmədov bir hadisə də danışır: “Atanın ölümündən bir neçə il əvvəl bir nəfərlə münaqişəm yaranmışdı. Həmin ərəfədə mən Tovuza toya getməli idim. Ataya dedim ki, ola bilər, həmin adamlar gəlsinlər, evdəkilərdən muğayat olarsan. Səhərə yaxın mən evə qayıdanda yaşadığım binanın qarşısında Atanın maşınını gördüm. Demə, mən şəhərdə olmadığım vaxt, o, gecəni də bizim binanın qarşısında keçirib. Rəhmətlik dedi, Cavan, gələn olsaydı, yalnız mənim meyitimin üstündən keçib evə gedə bilərdi... “.

 

Ölümündən uzun müddət keçməsinə baxmayaraq, Ata Atakişiyevi yalnız xoş sözlər anmaq mümkündürsə, deməli dişi ilə, dırnağı ilə zirvəsinə ucaldığı sənəti onu bu gün də yaşadır. Bilmirəm, o, öz taleyinə hansı havanı həsr edərdi, bəlkə barmaqlarını “Bayatı kürd” üçün, “Humayun” üçün gəzdirərdi... Yanıqlı havalar onun ən sevimli havaları idi...

 

 










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Millimizin forvardı dubl etdi

21 Sentyabr 2017 07:27

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 07:23

Tramp İranla bağlı qərarını gizli saxlayır

21 Sentyabr 2017 07:04

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 06:58

Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb

21 Sentyabr 2017 06:57

Cənubi Koreya KXDR-ə əl uzatdı

21 Sentyabr 2017 06:44

Rusiyada zəlzələ olub

21 Sentyabr 2017 06:37

FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib

21 Sentyabr 2017 06:28

Sabah paytaxtda 35, bəzi bölgələrdə 37 dərəcə isti olacaq

21 Sentyabr 2017 06:03

Bakıda ahıl kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

21 Sentyabr 2017 05:57

Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır

21 Sentyabr 2017 05:33

Tillerson: "İran Yaxın Şərqdə sabitliyə təhdid törədir"

21 Sentyabr 2017 05:27

Londondakı terrora görə daha bir nəfər tutuldu

21 Sentyabr 2017 05:24

Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir

21 Sentyabr 2017 05:12

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 04:58

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 04:34

İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 04:32

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

21 Sentyabr 2017 04:28

Tayvanda atışma olub: ölən və yaralananlar var

21 Sentyabr 2017 04:12

Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR

21 Sentyabr 2017 04:03

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13