Heydər məscidində ehsan verilib

Heydər məscidində ehsan verilib
16:34 12 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıdakı Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verilib.

APA-nın xəbərinə görə, ehsan mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə, din xadimləri, millət vəkilləri və başqa şəxslər iştirak ediblər.

 

A. Paşazadə çıxış edərək bildirib ki, Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar 1, 2 və 3 saylı uşaq evlərinə, habelə Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi – uşaq bağçasına ehsan göndərilib.

 

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edib. O, Heydər Əliyevin keçdiyi həyat yolu haqda danışıb. F. Heydərov bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib.

 

Millət vəkili əlavə edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisidir: “Bu gün Azərbaycan xalqı bu kədərli günü qeyd edir. Heydər Əliyevi sevənlər bu gün onun məzarını ziyarət edirlər”.

 

Sonra Heydər Əliyevin və Qarabağ şəhidlərinin ruhuna dualar oxunub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR