Malayziyanın baş naziri: "Suriyada terror düşərgələrində təlim keçən 130 nəfər həbs edilib"

Malayziyanın baş naziri: "Suriyada terror düşərgələrində təlim keçən 130 nəfər həbs edilib"
18:32 12 Dekabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Malayziya hüquq-mühafizə orqanları Suriyada terror düşərgələrində təlim keçdikdən sonra ölkəyə qayıdan 130 nəfəri həbs edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Malayziyanın baş naziri Nəcib Razak Birləşmiş Malay Milli Təşkilatının Kuala-Lumpurda keçirilən illik konqresində verib.
O bildirib ki, İŞİD terror təşkilatı Malayziya üçün əsas təhlükə olaraq qalır və bu səbəbdən Suriyaya gedib xüsusi təlimlər keçənlər həbs edilib.
Baş nazir terrorla mübarizə üçün profilaktik tədbirlər çərçivəsində ölkədə ekstremizm hallarını araşdıran və sutkaboyu fəaliyyət göstərən xüsusi məhkəmənin yaradıldığını da xatırladıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR