"Qatar Airways" yeni endirim aksiyası keçirir

"Qatar Airways" yeni endirim aksiyası keçirir
14:12 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ “Qatar Airways” aviaşirkəti bir sıra Asiya, Avstraliya, Hindistan və ərəb ölkələrinə uçuşların qiymətinə endirim tətbiq edib. Şirkətdən “Report”a bildirilib ki, “Qatar Airways” dərhal uçuşu nəzərdə tutan mövsümi endirim kampaniyasına başlayıb.
“Qatar Airways” müştərilərə endirimli qiymətlərlə 150-dən çox istiqamətdə uçuş imkanı yaradıb. Artıq bu gündən sərnişinlər Yaxın Şərq, Hindistan, Avstraliya və Asiya istiqamətləri üzrə "ekonom" siniflərində hər şey daxil 25%-ə qədər endirimlər əldə edə bilər. Dekabrın 17-dək keçərli olan xüsusi endirim kampaniyası yalnız Bakıdan olan uçuşlar üçün keçərlidir. Uçuşlar Banqkok, Maldiv, Cakarta, Phuket, Sinqapur, Kuala Lumpur, Kolombo, Lahor, Hanoy, Muskat, Dubay, Abu Dabi və s. istiqamətlər üzrə endirimli qiymətlərlə həyata keçiriləcək. Sərnişinlər rezervasiyalarını www.qatarairways.az internet səhifəsinə daxil olaraq edə bilərlər.
Qeyd edək ki, “Qatar Airways” bu gün 150-dən çox mütəmadi reyslər həyata keçirir. Şirkət bu ilin sonuna qədər Durban (Cənubi Afrika) və Naqpur (Hindistan) istiqamətində də mütəmadi uçuşlar təşkil edəcək. Yeni ildən şirkət Los Anceles, Boston, Atlanta, Sidney, Adelaide, Birmingem, Ras al Hayman istiqamətində də mütəmadi uçuşlara başlayacaq.


Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/qatar-airways-yeni-endirim-aksiyasi-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR