​İran İslam Respublikasının ilk qadın səfiri vəzifəsinin icrasına başlayıb

​İran İslam Respublikasının ilk qadın səfiri vəzifəsinin icrasına başlayıb
13:57 16 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ İran İslam Respublikasının ilk qadın səfiri Mərziyyə Əfhəm vəzifəsinin icrasına başlayıb.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Məlumata görə, o, vəzifəsinin icrasına başlamaq üçün Malayziyanın paytaxtı Kuala-Lumpura gedib. O, Malayziyada jurnalistlərə ilk müsahibəsini də verib: "İran və Malayziya mediasının bir-birini tanıması, əməkdaşlıq etməsi iki ölkə arasında iş birliyi üçün əhəmiyyətlidir".
Qeyd edək ki, Mərziyyə Əfhəm səfir olmazdan öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsində çalışıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR