"Bu ənənə bizim üçün çox vacibdir və bu ənənənin gələcəkdə də davam və inkişaf etməsi üçün çox səy göstərəcəyik. Belə tematik gecələr sayəsində müştərilərimizlə üzbəüz görüşürük və onlarla açıq şəkildə söhbət etmək imkanımız olur. Bununla biz onlara sadəcə qulaq asmırıq, eyni zamanda onları eşidirik də. Bu da bizə müştərilərimizin tələblərini yerində qarşılamaq imkanı verir", - V.Xamaza qeyd edib.
Qeyd edək ki, gecədə Azərbaycanın əməkdar artisti pianoçu Emil Əfrasiyab, əməkdar incəsənət xadimi Cavan Zeynallı və əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin rəhbərliyi ilə “Aypara” qrupu çıxış ediblər.
"Nikoil Private Banking" xidmətləri – fərdi kapitalın idarə edilməsi sahəsində peşəkar məsləhət, kapitalın qorunması, artırılması və varislərə ötürülməsində effektiv müdafiə strategiyasının hazırlanması, maliyyə işlərinin planlaşdırılması məsələlərində məsləhət, klassik bank xidmətləri - bank kartları, əmanətlər, kreditlər, seyf qutuları, akkreditivlər, hətta uşaqlara və böyüklərə yüksək keyfiyyətli tibbi xidmət, sığortalama və sairdir.
"Nikoil Private" əmanətinin maksimal illik gəliri AZN üzrə 13,7%-dək, USD üzrə 9,1%-dək, EUR üzrə isə 7,6%-dək dəyişir.
"Nikoil Bank"da yerləşdirilən əmanətlərin hazırkı həcmi fiziki şəxslər üzrə 202 mln. manat, hüquqi şəxslər üzrə isə 34 mln. manat təşkil edir.



