Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:
Nəbiyev Mahmud Yusif oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri
Əliyev Natiq Mürsəl oğlu - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri
Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin sədri
Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri
Bu sərəncam 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
Bizi Twitter-dən izləyin: @trend_az