Yovan ​Krneta: "Mənim üçün ən arzuolunmaz futbolçu Armenterosdur"

Yovan ​Krneta: "Mənim üçün ən arzuolunmaz futbolçu Armenterosdur"
11:57 12 Yanvar 2016
16 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "Zirə" futbol klubunun serbiyalı müdafiəçisi Yovan Krnetanın "Report"a müsahibəsi
- Mövsümün ilk yarısını "Zirə" üçün necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, mövsümün ilk yarısını 3-cü sırada başa burduğumuz üçün komandanın bütün üzvləri məmnundur. Mövsümün qalan hissəsində daha yaxşı çalışıb nəticəmizi yaxşılaşdıra bilərik.
- Azərbaycan Premyer Liqasındakı fasiləyə 3-cü pillədə yollanan "Zirə"nin avrokuboklara vəsiqə qazanması nə qədər realdır?
- Düzdür, qarşımızda qoyulan məqsəd yaxşı, mübarizəyə dözümlü komanda yaratmaqdır. Hazırkı mövqeyimiz bunu deməyə əsas verir. Amma bundan sonra da komandanın hər bir üzvü əlinden gələnin ən yaxşısını etməlidir ki, nəyəsə nail olaq.
- Komandanın heyətində sabit çıxış edirsiniz. Sizi həm də uğurlu legioner adlandırmaq olar? 
- Bu suala cavab vermək həqiqətən çətindir. Fikrimcə bu sual məşqçi və ya yerli futbolçulara ünvanlansa, daha yaxşı olardı. Ancaq mən çox vaxt İqor İvanoviçlə məşqə gedirəm. Ola bilsin ki, elə ən yaxşı legioner də İqordur.
- Azərbaycanda hansı əcnəbi futbolçu ilə münasibətdəsiniz və kimi Premyer Liqanın ən yaxşı legioneri sayırsınız?
- Ən yaxşı münasibətdə olduğum futbolçu elə İqordur. Çünki biz onunla eyni dildə danışırıq. Buna baxmayaraq, Mbah Çimezi və Viktor İqbekoyi ilə də yaxşı münasibətimiz var. Premyer Liqanın ən yaxşı əcnəbi futbolçusunu gəlincə, məncə, bu, "Qarabağ"da çıxış edən Riçard Almeydadır.
- Komandanızda xüsusən, yerli futbolçuların əksəriyyəti gənclərdən ibarətdir. Onlarla meydanda bir-birinizi anlamaqda çətinlik çəkmirsiniz?
- Gənc futbolçularla oynamaq mənim üçün heç də çətin deyil. Amma onlar günbəgün öz təcrübələrini artırmalı və öyrənməlidirlər. Düşünürəm ki, 1-2 aydan sonra gənc futbolçularımız daha yaxşı oyun nümayiş etdirə biləcəklər. Komandada olan gənclər, demək olar ki, yaxşıdırlar.
- Mövsümün ilk yarısında bir müdafiəçi kimi sizin üçün ən arzuolunmaz komanda və futbolçu kim oldu?
- Mənim üçün hər bir oyun eynidir. Amma ilk oyunda "Qarabağ"la çətin matç keçdi. Bu oyunda biz 1:4 hesabı ilə məğlub olduq və Samuel Armenteros 2 qola imza atdı. Düşünürəm ki, bu, bizim mövsümün ilk yarısında ən pis oyunumuz olub. Ən arzuolunmaz futbolçu kimi Armenterosun adını qeyd etmək istərdim.
- Serbiyanın U-19 millisində oynamısınız, gənc futbolçu kimi əsas milliyə Azərbaycan Premyer Liqasından dəvət almağınız nə dərəcədə realdır?
- Bunu yığmanın baş məşqçisi bilər. Məşqçilər hər ölkənin çempionatını izləsələr, niyə də yox? Bir gün milli komandada oynamaq hər buir futbolçunun arzusudur.
- Siz Ukrayanada "Çernomorets"də çıxış edərkən, komandanın sabiq baş məşqçisi, hazırda "Qəbələ"yə rəhbərlik edən Roman Qriqorçuku necə təqdim edir, işini necə dəyərləndirirdilər?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki mən "Çernomorets"ə gələndə Qriqorçuk klubu tərk etmişdi.
- "Partizan"dan "Srvena Zvezda"ya keçidinizi necə qarşılamışdılar. Ümumiyyətlə, bir futbolçunun əzəli rəqibi ilə müqavilə bağlamasına necə yanaşırsınız?
- Mənim ölkəmdə iki klub arasında rəqabət çox güclüdür. Onlar əzəli rəqib hesab olunduğu üçün bəzi futbolçuların hər iki klubda forma geyinməsi heç də normal qarşılanmayıb. Amma məndə vəziyyət fərqlidir. Bir şeyi vurğulamaq istəyirəm ki, mən "Partizan"ın heyətində yalnız aşağı yaş qruplarında çıxış etmişəm. Əsas heyətdə heç vaxt olmamışam. Lakin sonradan "Srvena Zvezda"ya keçdikdən sonra əsas heyətin üzvü oldum və azarkeşlərlə heç bir problemim olmadı. Hər şey normal qarşılandı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40