Təzə bəylə gəlin utandılar, arıqladılar - FOTO

Təzə bəylə gəlin utandılar, arıqladılar - FOTO
11:05 13 Yanvar 2016
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Noel Leysaın vücudlarının ümumi ağırlığı 330 kiloqram idi. İndi onlar xeyli arıqlayıblar. Daha doğrusu, çəkilərinin 152 kiloqramından qurtulublar.

Səbəb isə toydur. Daha doğrusu, toyda aparılmış çəkilişlər.

Milli.Az bildirir ki, Noel və Leysa Hoylar tanış olanda izafi çəkili, tosqun şəxslərdi. Onlar toylarında da iki tosqun insandılar.

Noelin dediyinə görə, toyun videoçəkilişlərinə və fotolarına baxandan sonra arıqlamağa qərar verdilər.

"Toyda maşında yanaşı oturanda avtomobilə zorla yerləşdik. O qədər kök idik ki, çətinlkilə yeriyirdik. Buna görə Leysa ilə qərara gəldik ki, arıqlayaq. Pəhriz saxlamağa başladıq, idman etdik. Nəticədə hər birimiz çəkimizin təqribən yarısından qurtulduq", - Noel deyib.

İrlandiyanın paytaxtı Dublində yaşayan 35 yaşlı Noellə 33 yaşlı Leysa toydan sonrakı məşqlər və pəhriz sayəsində 152 kiloqram arıqlayıblar.

Daha doğrusu, Noel 101 kq, Leysa isə 50,8 kq izafi çəkidən qurtulub.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR