Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb. Filmin yaradıcı heyəti təqdimata qatılıb. Festivalın əsas müsabiqə proqramında yer alan filmin növbəti nümayişi yanvarın 22-də keçiriləcək.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırır.