Bakı, 26 yanvar, AZƏRTAC
Fevralın 28-dən martın 6-dək Malayziyanın paytaxtı Kuala–Lumpurda stolüstü tennis üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bir neçə gün əvvəl qadın komandaları arasında turnirin püşkatma mərasimi keçirilib.
Üçüncü divizionun “L” qrupunda yer alan Azərbaycanın qadınlardan ibarət komandası Argentina, Qazaxıstan, Qvatemala, Monqolustan və Latviya idmançıları ilə qarşılaşacaq.