[ 13 Fevral 2015 14:14 ]
Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunubaraq qəbul olunub.
APA-nın məlumatına görə, müzakirələr zamanı deputat Fazil Mustafa bildirib ki, bələdiyyələrin statusu aşağıdır və bu, onların yerli idarəetmə orqanına çevrilməsinə mane olur.
Deputatlardan Siyavuş Novruzov, Elton Məmmədov, Elmira Axundova, Əli Məsimli və digərləri isə məruzəni yüksək qiymətləndiriblər.
Məruzə səsə qoyularaq qəbul olunub.