A+
A–

Kuala-Lumpur, 22 fevral, AZƏRTAC
Malayziyanın hökumət orqanları ölkənin şərq sahillərində güclü daşqınlara görə səkkiz minədək sakini təxliyyə edib. Bu barədə fəlakətdən daha çox ziyan çəkən Saravak ştatının Mülki Müdafiə İdarəsi fevralın 22-də məlumat yayıb.
İdarədən bildiriblər ki, hazırda təxliyyə olunanları yerləşdirmək üçün 47 müvəqqəti məntəqə açılıb. Təxliyyə edilənlərin əksəriyyəti ştatın inzibati mərkəzi Kuçinq şəhərində yerləşdirilib.
Meteoroloqlar yaxın bir neçə gündə havanın yaxşılaşacağını, daşqınlara və torpaq sürüşmələrinə səbəb olan güclü yağışların kəsiləcəyini proqnozlaşdırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur
AZERTAG.AZ :Malayziyanın şərqində güclü daşqınlara görə səkkiz minədək insan təxliyyə edilib