A+
A–

Bakı, 22 fevral, AZƏRTAC
Yaponiyanın “All Nippon Airways” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi mühərriklərindən birində baş verən nasazlıq səbəbindən Kuala-Lumpur hava limanına təcili eniş edib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, 816 nömrəli reys Malayziyanın paytaxtından Tokio şəhərinə uçurmuş. Təxminən 9 kilometr hündürlükdə siqnalverici qurğular sağ mühərrikdə işlənmiş qazların temperaturunun həddən artıq yüksək olduğunu göstərib. Nəticədə pilotlar nasaz mühərriki söndürməyə və havaya qalxdıqları aeroporta yalnız sol mühərriklə eniş etməyə məcbur olublar. Hadisə nəticəsində 203 sərnişin və 11 heyət üzvünün heç birinin xəsarət almadığı bildirilir.
Qeyd edək ki, 2011-ci ildə istifadəyə verilən “Boeing 787 Dreamliner” təyyarəsi “Rolls-Royce Holdings” kompaniyasının mühərrikləri ilə təchiz olunub. Artıq kompaniyaya insidentlə bağlı məlumat verilib və o, hadisənin başvermə səbəblərini araşdırmaq üçün “All Nippon Airways” aviaşirkəti ilə əməkdaşlığa başlayıb.
AZERTAG.AZ :Mühərrikində nasazlıq baş verən “Boeing” təcili eniş edib