Bakıdan gəlib burada səhnəyə çıxa bilməyən...
Tanınmış aktrisa Məlahət Abbasova azərbaycanlı məşhurların Türkiyədə tanınmasından danışıb. O, bu haqda Milli.Az-a açıqlama verib.
"Türkiyə böyük bir dövlətdir və burada çox böyük sənətkarlar yaşayır. Türkiyədə Zeynəb Xanlarova, Rəşid Behbudov, Əzizə Mustafazadəni, demək olar ki, çoxu tanıyır. Bizlər də dəyərli balaban ustası Əlixan Səmədov, Brilliant Dadaşova, Azəri Günel, İradə İbrahimova Azərbaycanımızı burada layiqincə təmsil etməyə çalışırıq. Əlbəttə ki, bəlli bir çərçivədə həm də tanınırıq. Amma Bakıdan gəlib burada səhnəyə çıxa bilməyən, türk tamaşaçıların boynuna atıldıqları azərbaycanlı sənət adamı yoxdur. Bəlkə də var, amma kimdirsə mən tanımıram".
Əli Rəhimoğlu
Milli.Az