A+
A–

Kuala Lumpur, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Malayziyanın qərbində, Selanqor ştatında yüngül motorlu təyyarə qəzaya uğrayıb. Bu barədə “Star” qəzetinin elektron versiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, səhər saat 08:30 dəqiqədə polisə və yanğınsöndürmə xidmətinə Kuala-Selanqor rayonunun sakinləri tərəfindən yüngül motorlu təyyarənin düşməsi barədə siqnal daxil olub.
Yerli xilasetmə xidmətinin nümayəndəsi Ruslan İbrahimin bildirdiyinə görə, qəza yəqin ki, çətin keçilən, sıx cəngəlliklər olan ərazidə baş verib. O əlavə edib ki, xilasetmə əməliyyatı yenicə başlandığına görə nə təyyarənin tipi, nə də göyərtədəki sərnişinlərin sayı barədə heç nə demək olmaz.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur
AZERTAG.AZ :Malayziyada yüngül motorlu təyyarə qəzaya uğrayıb