"Xalq artisti İlhamə Quliyevanın ölümünə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynovadır".

Milli.Az bildirir ki, bunu azvision.az-a açıqlamasında vəkil Elmira Axundova deyib.

"Günahkar Mehriban Hüseynovadır. Əlimizə onunla bağlı ciddi faktlar var. Mən onu azadlığa çıxmağa qoymayacağam", - deyə vəkil vurğulayıb.

E.Axundova, həmçinin qeyd edib ki, İlhamə Quliyevanın yeganə varisi onun oğlu Orxan Nadirovdur.

Xalq artisti ilə vida mərasimində iştirak edən müğənni Xatirə İslam İlhamə Quliyeva ilə bağlı xatirələrini bölüşüb.

"Üç gün əvvəl bir yerdə idik. Elnur, mən, Natavan və İlhamə xanım səmimi söhbət edirdik. Ona dedim ki, heç nəyi vecinizə almayın, sizə stress olmaz. İlhamə xanımım ölüm xəbərini eşidəndə çox pis oldum. İlhamə xanım kimi sənətkarın vida mərasiminə bu qədər adam gəlməməli idi. Bu sənətkara hörmətsizlikdir", - deyə müğənni söyləyib.

Milli.Az