Deputat Zeynəb Xanlarova və Elmira Axundova da İlhamə Quliyeva ilə vida mərasimində iştirak edib.
Lent.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, mərasimə həmçinin xalq artistinin küsülü olduğu əməkdar artist Elza Seyidcahan da qatılıb.
O, jurnalistlətə açıqlamasında küsülü olduğu həmkarına halallıq verdiyini bildirib:
"İlhamə xanımın sənətdə çoxlu əziyyətləri olub, ruhu şad olsun. Mənə qarşı nə qədər anlaşılmaz hərəkətləri olsa da, hər zaman onun hörmətini saxlamışam. Heç nəyə baxmayaq, öz kiçikliyimə hörmət, onun böyüklüyünə ehtiram edərək bu gün də bura gəldim. Ağ çiçəklər onun sevdiyi çiçəklər idi. “Ağ çiçəyim”ə bəstələdiyim musiqini bərabər ifa etmişdik. Buna görə də istədim ki, mənə etdiyi haqsızlıqlara qarşı ona hallalıq verim. O dünyada Allah onu mənim tərəfimdən sorğu-suala çəkməsin. Mən onu bağışladım".





