Bakının Binəqədi rayonunda iki qardaş bıçaqlanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, rayonun 7-ci mikrorayon ərazisində 28 yaşlı Tural Fəqan oğlu Fətullayev və qardaşı Cavid onlara 4000 ABŞ dolları borcu olan Azər adlı şəxslə mübahisə ediblər. Mübahisə əlbəyaxa davaya çevrilib.
Davadan bir neçə saat sonra Azərin Tacəddin və Elbrus adlı dostları Turala zəng edərək görüşməyi təklif ediblər. Tərəflər Biləcəri qəsəbəsinə görüş təyin ediblər. Tural görüşə qardaşı Cavidlə gedib. Görüş zamanı yenə tərəflər arasında dava düşüb. Dava zamanı Tacəddin adlı şəxs Turalı, Elbrus isə Cavidi bıçaqlayıb. Yaralıları xəstəxanaya hadisə yerinə polis əməkdaşları ilə gələn ataları çatdırıb.
Müayinə zamanı Turalın qolundan yüngül xəsarət aldığı, qardaşının isə sinə nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətinin olduğu müəyyən edilib. Cavid Fətullayev əməliyyat olunub, Tural isə tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Qardaşları bıçaqlayan Tacəddin və Elburus adlı şəxslər hadisə yerini "Mercedes" markalı avtomobillə tərk ediblər. Hazırda onların tutulub istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb.
Milli.Az
Bakıda iki qardaş bıçaqlandı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah bu ərazilərdə işıq olmayacaq
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyənin bu kəndində işıq və su pulsuzdur
Bu gün
·
01:14
Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq
Bu gün
·
00:57
Aİ rusiyalı turistlərə viza qaydalarını sərtləşdirməyə hazırlaşır
Bu gün
·
00:45
Ehtirası və cəsarəti ilə seçilən 2 bürc
Bu gün
·
00:23
“Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub etdi
Dünən
·
23:50
36 yaşlı kişi ürəyindən bıçaqlandı, atası şübhələndi - FOTO
Dünən
·
23:33
Tramp Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq göstərir - Zelenski
Dünən
·
23:00
"Mançester Siti" "Liverpul"u məğlub etdi
Dünən
·
22:29
Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq
Dünən
·
22:20
Masazırda ağır qəza, ölənlər var
Dünən
·
21:48
Kredit faizləri ilə bağlı meyar dəyişdi
Dünən
·
21:23
İran ABŞ-nin şərtlərinə cavab verdi
Dünən
·
21:06
Premyer Liqa: "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vuruldu
Dünən
·
20:42
Miqrantları daşıyan gəmi batdı, 100-dən çox adam öldü
Dünən
·
20:21
Hörmüzdə daha bir tanker hücuma məruz qaldı
Dünən
·
19:47