Hind okeanında Fransaya məxsus Reyunyon adasında 2014-cü ilin mart ayında itmiş Malaysian Airlines aviaşirkətinin MH370 Kuala-Lumpur - Pekin reysini həyata keçirən "Boeing-777-200" təyyarəsinə aid olması güman edilən tapıntı aşkarlanıb.
Milli.Az virtualaz.org-a istiandən bildirir ki, bu tapıntı 40x20 sm ölçüsündə şanvari struktura malik detaldır. Mütəxəssislərin fikrincə, bu, təyyarənin qanadının bir hissəsi ola bilər.
Tapıntı jandarmeriyaya təhvil verilib.
İtmiş hava gəmisinin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü vardı. Onların hamısı ölmüş hesab edilir.
Milli.Az