Müsavat başqanının digər müavini Yadigar Sadıqov isə "Report"a açıqlamasında həbsdan azad ediləcəyi ilə bağlı məlumatlı olduğunu bildirib: "Azadlığa buraxılacağımla bağlı məlumat var idi. Amma tam əmin deyildim, çünki bir neçə dəfə belə hal baş vermişdi. İnsanlar həbs olunur, sonra əfv sərəncamı ilə azadlığa buraxılır. Bu, ənənə halını alıb. Müsavat Partiyasının başqan müavini kimi fəaliyyətini davam etdirəcəyəm. Həbsdəki günlərlə bağlı kitab da yazmağı planlaşdırıram".
Qeyd edək ki, martın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncam 148 nəfərə şamil edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.