[ 19 Fevral 2015 13:31 ]



Bakı. Etibar Məmmədov – APA. “Seçki bloklarının yaradılması ilə bağlı hər hansı qərarın qəbul edilməyəcəyi barədə mövqeyimizi açıqlamışıq”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A. Hacılı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı yaxın vaxtlarda Müsavat Partiyasının da iştirak edəcəyi hər hansı seçki blokun yaradılmasının gözlənilən olmadığını bildirib.

O qeyd edib ki, Müsavat Partiyası öz strukturlarında parlament seçkilərinə hazırlıq işlərini davam etdirir.