Qana milli komandasının eks hücumçusu Kvadvko Poku futbolçulardan ora çağrılmaq üçün pul tələb olunduğunu bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Poku bu açıqlamanı "Malmö"nun futbolçusu Enoh Kofinin milliyə dəvət almamasından sonra səsləndirib.
"Bəzi futbolçular millidə oynamaq üçün Qana Futbol Federasiyası məmurlarının uşaqlarının təhsil haqqını ödəməli olur. Bundan xəbərdaram. Belə şeydən komanda zərər görür. Futbolçular rüşvət verməyə məcbur olur. Baxmayaraq ki Qana millisinin üzvü deyiləm, bir sıra futbolçularla əlaqəm qalıb. Sizə təəccüblü gəlmir ki, Enoh Kofi Adu Çempionlar Liqasının oyunlarında müntəzəm meydana çıxdığı halda milliyə dəvət almır?"
Milli.Az