A+
A–

Bakı, 4 aprel, Flora Şükürova, AZƏRTAC
Aprelin 4-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli, elm təhsil və gənclərlə iş şöbəsinin müdiri, Xalq Artıstı Xuraman Qasımova çıxış edərək müsabiqə haqqında fikirlərini bölüşüblər.
Bildirilib ki, elmi-ifaçılıq müsabiqəsinin məqsədi Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, musiqinin məzmununun əhəmiyyətinin başa düşülməsi, təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi, müəllimlərin professional biliklərinin təkmilləşdirilməsi, müasir musiqi mədəniyyətinin tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsindən ibarətdir.
Elmi-ifaçılıq müsabiqə həm şagirdlər, həm də onların müəllimləri üçün bir növ ustalıq məktəbidir.
Bildirilib ki, 2010-cu ildən başlayaraq Bakıda Qara Qarayev adına elmi-ifaçılıq müsabiqələrinin keçirilməsinə başlanılıb. Bir müddət sonra musiqi təcrübəsinin bu yeni növü ölkəmizin hüdudlarından kənara çıxmışdır. Belə ki, 2015-ci ilin may ayında P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor T.Seyidovun sədrliyi ilə onun müəllif layihəsinə əsasən "Müasir bəstəkarların yaradıcılıqlarının mədəni-maarif məkanı" adlı beynəlxalq elmi-ifaçılıq konfransı keçirilib.
Açılış mərasimindən sonra fortepiano üzrə dinləmələrə başlanılıb.
Müsabiqə aprelin 18-dək davam edəcək.
AZERTAG.AZ :“Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsinə başlanılıb
“Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsinə başlanılıb