Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluğa dəvət edilib. Milli.Az bildirir ki, bu barədə məlumatı musavat.com-a onun özü verib.
Tofiq Yaqublu bildirib ki, 2013-cü ildə onu həbs edən müstəntiq Nadir Mirzəyev səhər saatlarında zəng vurub və Rüstəm Usubovun görüş istəyini çatdırıb. Tofiq Yaqublu isə Neftçala rayonunda şəhid hərbçimizin yas mərasimində olduğunu deyib və Bakıya günortadan sonra dönəcəyini deyib. Beləliklə, görüşün saat 17.00-da keçirilməsi razılaşdırılıb.
Tofiq Yaqublu bildirib ki, Baş Prokurorluğa vəkilsiz gedəc. Çünki vəkilə ehtiyac duymur.
Bununla belə, Müsavat başqanının müavini Baş Prokurorluğa hansı işlə əlaqədar dəvət edildiyini bilmədiyini deyib.
Milli.Az