Zərdab rayonunda aqrar sahənin inkişafına dair kompleks tədbirlər planı hazırlanıb

20:38 20 Fevral 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+


Zərdab, 20 fevral, Adil Ağayev, AzərTAc
Zərdabda ötən ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində kənd təsərrüfatı məhsulları və inşaat materiallarından ibarət sərgiyə baxış keçirilib.
Rayon icra hakimiyyəti başçısının hesabat məruzəsində və digər çıxışlarda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin Zərdab rayonunda da uğurla yekunlaşdığı, bütün sahələrdə dinamik inkişafa nail olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, əsasən kənd təsərrüfatı rayonu olan Zərdabda bu sahənin inkişafına diqqət daha da artıb, “Kənd təsərrüfatı ili” elan edilən 2015-ci il üçün rayonda sosial-iqtisadi inkişafa dair kompleks tədbirlər planı təsdiqlənib. Ötən il əkin dövriyyəsinə daxil edilən torpaqların sahəsi 35851 hektara çatdırılıb. Taxıl istehsalı inişilkinə nisbətən 2635 ton artaraq 49732 ton olub. Mal-qaranın və davarların sayı artıb, heyvandarlıq məhsulları istehsalında dinamik artım təmin edilib. Həmçinin ötən il fermer təsərrüfatlarının sayı artaraq 44-ə çatıb.
Zərdab şəhərində, eləcə də kəndlərdə tikinti-quruculuq, abadlıq işləri, yolların təmiri, asfaltlaşdırılması, əhalinin və əkin sahələrinin normal su təchizatı ilə əlaqədar xeyli işlər görülüb. İl ərzində 8 yaşayış məntəqəsi, o cümlədən Gəlmə, Salahlı, İsaqbağı, Böyük Dəkkə, Xanməmmədli, Hüseynxanlı, Yarməmmədbağı, Lələağacı kəndləri qazlaşdırılıb. Hazırda daha 6 kəndə qaz xəttinin çəkilişi davam etdirilir.
Yığıncaqda rayonda təhsil, idman, səhiyyə, mədəniyyət sahələrində görülən işlərdən də bəhs olunub, qarşıda duran vəzifələrdən danışılıb.
Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Pənah Cahangirov və Milli Məclisin deputatı Jalə Əliyeva yığıncaqda çıxış ediblər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zerdab_rayonunda_aqrar_sahenin_inkisafina_dair_kompleks_tedbirler_plani_hazirlanib-833803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR