"Report" xəbər verir ki, sərgidə müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Azərbaycan sərgidə ölkənin müdafiə sənayesi məhsullarını, o cümlədən yeni məhsullarını təqdim edəcək.
Ümumilikdə aprelin 21-nə qədər davam edəcək sərgidə dünyanın 66 ölkəsindən 1200-dən çox şirkət iştirak edəcək.
Qeyd etmək lazımdır ki, Azərbaycan DSA-nın 2014-cü ildə keçirilmiş son sərgisində də iştirak edib.