A+
A–

Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Malayziyanın paytaxtı Kuala-Lumpurda “DSA-2016” XV Asiya müdafiə xidmətləri sərgisi və konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, 60-dək ölkədən 1200-dən çox şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 220 adda məmulat nümayiş etdirilir.
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti sərgidə iştirak etmək üçün bu ölkədə səfərdədir. Dördgünlük sərgi çərçivəsində nazir Y.Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
Sərgi aprelin 21-dək davam edəcək.
AZERTAG.AZ :Müdafiə Sənayesi Nazirliyi Malayziyada keçirilən “DSA-2016” sərgisində iştirak edir