Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər təsis konfransı keçirir

Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər təsis konfransı keçirir
10:53 21 Fevral 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Müsavat Partiyasının qurultayından narazı qalan üzvlərin yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı keçirilir.

Trend-in məlumatına görə, tədbiri açıq elan edə hərəkatın təşkilat komitəsinin sədri Qubad İbadoğlu təşkilatın hədəfləri barədə məlumat verib.

Konfransda Sədarətin, Katibliyin, Mandat Komissiyasının say tərkibi müəyyən olunaraq təsdiq edilib.

Daha sonra isə konfransın gündəliyi təsdiq olunub.

Təsis konfransına qədər görülən işlərə dair Təşkilat Komitəsi adından Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib.

Qeyd edək ki, ötən il sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Digər qrup narazı üzvlər isə Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradıblar

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2366729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR