Masallıda bir sıra mühüm infrastruktur layihələri icra edilir

19:43 21 Fevral 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+


Masallı, 21 fevral, Bağır Əliyev, AzərTAc
Masallı Rayon Mədəniyyət Mərkəzində 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olub, Masallının 2014-cü ildə sosial-iqtisadi inkişafına həsr olunmuş videoçarxa baxıblar.
Yığıncaqda qeyd olunub ki, ötən il Masallı rayonunun inkişaf proqramında nəzərdə tutulmuş infrastruktur layihələri uğurla icra edilib. Hesabat ilində Kalinovka kənd və Boradigah qəsəbə sahə xəstəxanalarının əsaslı təmiri, müxtəlif ərazilərdə 5 həkim məntəqəsinin tikintisi başa çatdırılıb. Hazırda rayon mərkəzi xəstəxanasının əsaslı təmiri və Qarğalıq kənd həkim məntəqəsinin tikintisi davam etdirilir.
2014-cü ildə Masallı şəhərində Viləş park-bulvar kompleksinin, Bayraq Meydanının, “ASAN xidmət” Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayon inzibati-laboratoriyasının, Masallı rayonlararası mühafizə bölməsinin inzibati binalarının tikintisinə başlanılıb.
Diqqətə çatdırılıb ki, ötən il rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi 2013-cü illə müqayisədə 2,8 faiz artıb. Kənd təsərrüfatı məhsullarının istehsalında da artım qeydə alınıb.
Rayon məşğulluq mərkəzində qeydiyyata alınan 185 nəfərdən 118-i işlə təmin edilib.
Tədbirdə çıxış edənlər 2014-cü ildə Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlarla yanaşı, mövcud problemlər və qarşıda duran vəzifələrdən də danışıblar.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, Milli Məclisin deputatları Elmira Axundova və Nəriman Əliyev iştirak ediblər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallida_bir_sira_muhum_infrastruktur_layiheleri_icra_edilir-834000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR