"Sən niyə susursan" filminin Cəmiləsi həyat və fəaliyyətindən danışıb. Aktrisa bu haqda Milli.Az-a açıqlama verib:

"Mənim çəkildiyim filmlərin əksəriyyəti "Qızıl fond"a daxil edilib. Filmlərdə çox çəkilməməyimə görə bu gün heç də peşman deyiləm. Nə qədər ki, yaxşı rejissor yetişməyəcək, müasir filmlərimiz bərbad gündə olacaq. Biz o vaxt uzun məşq fasiləsindən sonra filmə çəkilirdik. İndiki rejissorlar aktrisanı çağırıb, elə həmin dəqiqə də filmə çəkirlər. Vaxtında istəsəydim, daha da çox çəkilə bilərdim. Amma mənə mane olanlar var idi. Bu gün bir kiçik epizodda oynayanlar artıq xalq artistidirlər. Amma mənim heç bir fəxri adım yoxdur. Heç bəlkə də bilmirlər ki, ölmüşəm, ya qalmışam. Bu gün evimdəki it mənə insanlardan daha yaxındır".

Aktrisa film karyerasının bitməsinə ailə həyatı qurmasını səbəb gətirir:

"İlk həyat yoldaşım Xəyal Axundzadədən fərqli olaraq ikinci həyat yoldaşımla evlənəndə o mənə film karyeramı sona çatdırmağı şərt qoymuşdu. Onun ailəsi də mənim filmdə çəkilməyimə razı deyildi. Çarəsiz qalıb uşaqlarımı böyüdürdüm. Əlimdən bundan başqa daha heç nə gəlmirdi. O vaxt teatrdan da mənə dəvət gəlmişdi, müəyyən səbəblər üzündən gələn dəvəti qəbul edə bilmirdim. Həsən Seyidbəyli əslində məni "Nəsimi" filmində Şəms roluna çəkmək istəyirdi. Həyat yoldaşım yenə də məni qoymadı. Tale belə gətirdi ki, ailə həyatımız baş tutmadı, buna görə də biz ayrıldıq. Mən ayrıldığım illərdə "Nəsimi" filminin çəkilişləri hələ davam edirdi. Həsən müəllimin yanına gedib filmdə hansısa rolda çəkilmək istəyimi ona bildirdim. Artıq Şəms obrazına aktrisa təsdiqlənmişdi. Həsən müəllim mənə Şəmsin qarşısında çıxış edən rəqqasə rolunu verdi. O mənə deyirdi ki, həm oxu, həm də oyna. Oxuyub-oynamaq ikisi bir arada məndə alınmırdı. Buna görə də filmdə Zeynəb Xanlarova oxuyur, mən isə oynayıram".

Qeyd edək ki, Rəna Səlimova öz dövrünün ən məşhur aktrisalarından biri olub. Sənətçi milli filmlərimizdə zərif, sakit təbiətli qadın rollarının ən gözəl sürətlərini yaradıb. Aktrisanın baş rollarda çəkildiyi "Sən niyə susursan?" və "Cazibə qüvvəsi" filmləri kino sənətimizin parlaq ekran əsərlərindən sayılır.

Əli Rəhimoğlu

Milli.Az

"Sən niyə susursan?" filminin Cəmiləsi uğursuz ailə həyatından danışdı - FOTOSESSİYA