Aşıq Azər Xanlaroğlunun səhhəti ağır olaraq qalır.
Milli.Az bildirir ki, bu barədə aznews.az-a aşıq Əli Tapdıqoğlu məlumat verib. Onun sözlərinə görə, hazırda aşıq Azər ev şəraitində müalicə olunur: "Azər dərmanların gücünə ayaqda qalır. Amma ona yenə və təcili müalicə lazımdır. Təcili olaraq qaraciyəri dəyişməlidir. Ona da maddi imkanı yol vermir".
Aşıq Əli onu da əlavə edib ki, aşıq Azərin müalicəsi ilə bağlı hələlik Aşıqlar Birliyi hər hansı bir addım atmayıb: "Məhərrəm müəllim təzə seçilib. Öhdəsində çox işlər var. Yəqin ki, o, bununla bağlı nəsə fikirləşir. Amma bu Aşıqlar Birliyinin tək öhdəsindən gələ biləcək məsələ deyil".
Qeyd edək ki, aşıq Azər Xanlaroğlu "Hepatit B" xəstəliyindən əziyyət çəkir. O, bununla əlaqədar əvvəlcə Türkiyənin İstanbul şəhərində, sonra isə Malayziyaya aparılıb.
Milli.Az
