Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə günorta saatlarında rayonun Vel kəndi ərazisində qeydə alınıb.

Lənkəranın Türkəkəran kənd sakini, 1992-ci il təvəllüdlü Vahid Əlyar oğlu Cəfərovun idarə etdiyi "VAZ-2107" markalı, 42 BO 074 dövlət nömrə nişanlı minik avtomobili rayonun Şilavar kənd sakini, 1985-ci il təvəllüdlü Emin Mirzə oğlu Babayevin idarə etdiyi "VAZ-21015" markalı, 42 BR 015 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə "VAZ-21015"-in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az