İŞİD-çiyə ərə gedən tutuldu

İŞİD-çiyə ərə gedən tutuldu
13:12 4 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Gənc qız terrorçu ilə 2 həftə əvvəl "Skype" vasitəsilə nikah kəsdirib
Malayziyada 27 yaşlı qız "Skype" vasitəsilə İŞİD terrorçusuna ərə gedib. Anspress-in məlumatına görə, gənc qız 2 həftə əvvəl İŞİD-in mərakeşli üzvü ilə ailə qurub.

Malayziya polisi adı açıqlanmayan qızın həbsi ilə bağlı bunları açıqlayıb: "Qız noyabr ayından etibarən İŞİD-in "Youtube"dakı təbliğedici videolarını izləyib. Təsir altına düşən qız daha sonra terrorçulara qoşulmağı qərara alıb. Dekabrın 24-də isə Kuala-Lumpur aeroportunda terrorçulara qoşulmaq üçün gedərkən həbs edilib".

Xüsusi xidmət orqanlarının məlumatına əsasən, İraq və Suriyada İŞİD-in tərkibində minimum 60 nəfər malayziyalı var. Dekabr ayı ərzində Kuala-Lumpur aeroportunda İŞİD-ə qoşulmaq istəyən bir neçə nəfər həbs edilib. Bundan başqa, Malayziyaya qonşu ölkələrdən terrorçulara qoşulmaq istəyənlər də bu aeroportdan tranzit məntəqə kimi istifadə edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR