"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Kolorado ştatında Aspen İnstitutunda çıxış edən S.Fişer ÜDM-dəki artımın növbəti rüblərdə investisiyaların həcmində azalmanın bitməsi və dolların bir qədər zəifləməsi ilə sürətlənəcəyini ehtimal edir.
S.Fişerin çıxışı FES rəhbəri Canet Yellenin avqustun 26-da Kanzas Citidə FES-in dəvəti ilə "Jackson Hole Wyoming"də keçiriləcəl illik simpozium çərçivəsində çıxışı ərəfəsində baş tutması investorların faizlərin sentyabrda artırılmasına dair ehtimallarını artırıb. Nəticədə, MSCİ - inkişaf etməkdə olan bazarlar indeksi 0,7% azalıb, Asiya birja indekslərinin əksəriyyəti bu gün düşüb.
"Cornerstone Macro LLC."-nin sahibi və əvvəllər FES iqtisadçısı olan Roberto Perli C.Yellenin "Jackson Hole"də faizlərlə əlaqədar bir siqnal verməyəcəyini düşünür: "Yellen, Fişer kimi iqtisadiyyatın müsbət istiqamətdə inkişafına dair bəyənatlar verəcək".
Kuala-Lumpurda yerləşən "Areca Capital" investisiya şirkətinin icraçı direktoru Danni Vonq Tek Menq isə C.Yellenin yaxın perspektivdə faizləri artıracağını gözləyir: "Bu, maliyyə bazarlarının daha əmin şəkildə hərəkət etməsinə səbəb olacaq".
"Report"un analitik qrupu hesab edir ki, FES, ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəlki iclasda, yəni sentyabr ayında faizləri artırmaq istəyəcək: "Çünki prezident seçkilərinin nəticələri hazırda qeyri-müəyyən görünür. Məhz bu səsəbdən FES öz qərarını seçkidən sonrakı dövrə saxlamaq istəməyəcək. Faizlərin artırılması ilə dolların yenidən güclənəcəyi və avro ilə müqayisədə 1,05 USD/EUR səviyyəsinə yaxınlaşması gözlənilir".