Milli Məclisin deputatı Elmira Axundova dincəlmək üçün yollandığı istirahət mərkəzində qorxulu anlar yaşayıb.

Milli.Az A24.az-a istinadən bildirir ki, deputatın Baləkən rayonunda yerləşən istirahət mərkəzlərinin birində oğlu, gəlini və 7 yaşlı nəvəsi ilə birlikdə yol üstü kabab yemək istəməsi ona baha başa gəlib. Bu barədə Elmira Axundova haqqın.az-a yazdığı məqaləsində bildirib.

Sahibsiz itlərin ailəvi istirahət mərkəzinin içində dolaşdığını və az qala onlara hücum etdiklərini söyləyən deputat çox qorxduqlarını, hətta sifariş etdikləri kababın hamsını itlərə yedizdirdiklərini qeyd edib.

"Oturduğumuz masanın ətrafında dolaşan qorxunc itlər bizi elə bir təlaşa salmışdı ki, bütün kababları ona atmalı olduq, iki köpəyin yemək üstündə davası bizi o qədər qorxutdu ki, bütün yeməkləri onlara atıb maşına sarı qaçdıq. Bütün bu vəziyyətlə bağlı restoran işçilərindən təhükəsizlik tədbirlərinin görülməsini tələb etdik. Bizə istirahət mərkəzinin 2 hektar ərazini əhatə etdiyini və hasarlanmadığını bunun üçün özlərinin belə əllərində çomaqla gəzdiklərini söylədilər".

Nəzərə alsaq ki, insanlar yay boyu müxtəlif rayonlara istirahət üçün yolanır. Bu cür hallar turistlər və xüsusən də uşaqlar üçün ciddi təhlükədir.

Milli.Az

İtlər deputata hücum etdi - FOTO